Azərbaycan ordusu güclü ordular siyahısında – YENİ REYTİNQ

0
601
Azərbaycan ordusu irəlilədi, Ermənistan isə gerilədi - YENİ REYTİNQ
“Global Firepower” təşkilatı 2019-cu ilin ən güclü ordularının siyahısını açıqlayıb.Azərbaycan ordusu siyahıda ötən illə müqayisədə bir pillə irəliləyərək 137 ölkə arasında 52-ci yerə yüksəlib.

Siyahıda birinci yeri ABŞ, ikinci yeri Rusiya tutur. İlk üçlüyü Çin ordusu tamamlayır.

Türkiyə siyahıda doqquzuncu, İran 14, Gürcüstan isə 85-cidir.

Ermənistan yeni reytinqdə 12 pillə geriləyərək 96-cı yerdə qərarlaşıb.