Tikintidə monitorinq – qeyri-rəsmi işləyənlərin sayı açıqlandı

0
525

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən indiyə kimi tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 141 səyyar monitorinq həyata keçirilib.
Monitorinq edilmiş işçilərin sayı 5338, monitorinq edilmiş işəgötürənlərin sayı 288 olub.
Monitorinq zamanı qeyri-rəsmi məşğulluq səviyyəsi 21,5% təşkil edib.
Monitorinqlərin keçirilməsindən sonra 119 414 əmək müqaviləsi imzalanıb.