Nazirlər Kabineti “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə” 3 dekabr 2021-ci il tarixli qanunun tətbiqi və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun tətbiq edilməsi barədə” ölkə prezidentinin 25 iyul 1997-ci il tarixli fərmanında dəyişiklik edilməsi haqqında” ölkə prezidentinin 29 dekabr 2021-ci il tarixli fərmanının icrasını təmin etmək məqsədilə qərar qəbul edib.
Qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası” təsdiq edilib.
Bu Qərarda dəyişiklik ölkə prezidentinin 24 avqust 2002-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və
qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.