Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov 22 iyul Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.
Məktubun mətnini təqdim edirik:
“Əziz media nümayəndələri, hörmətli jurnalistlər! Bu gün sizin peşə bayramınızdır!
22 iyul tarixi Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü kimi qeyd olunur. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin müstəqilliyinin təmin edilməsi, Azərbaycanda mediaya dövlət dəstəyi siyasəti bu gün Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün azad mətbuatımızın azad söz insanları informasiya müharibəsində şərəflə mübarizə aparır, geniş fəaliyyət göstərirlər.
Azərbaycan jurnalistikası bu gün çox güclüdür, onun fəaliyyət dairəsi daha genişdir. Çünki Azərbaycan mediası bu gün dövlət qayğısıyla əhatələnib.
Söz, mətbuat işi zəhmətli, şərəfli işdir. Şərəfli işdir ona görə ki, müstəqil Azərbaycanımızın artıq dünya dövlətləri arasında özünəməxsus yeri var və dövlətimiz sülh, əmin-amanlıq, inkişaf beşiyidir. Mətbuatımız bu dəyərləri dünyaya yayır, təbliğ edir.
Əziz media nümayəndələri, dəyərli jurnalistlər!
Sizlərin rəhbəri olduğum Azərbaycan Ağsaqqallar Şurasının bütün üzvləri adından peşə bayramınızı təbrik edir, sizə bu şərəfli işdə uğur və nailiyyətlər arzulayıram”.