Cəlilabadda avtomobil 8 yaşlı uşağı vuraraq komaya salıb.
hadisə yeni Ələt-Astara avtomobil yolunun rayondan keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik avtomobili Masallı rayon sakini, 2014-cü il təvəllüdlü İ.Abdullayevi vurub.
Yaralı uşaq ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb. Ona açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, kəllə əsasının sınığı, çanaq tamlığının pozulması ilə olan çoxsaylı sınıqlar diaqnozu qoyulub.
Hazırda İ.Abdullayev travmatik şokun 3-cü dərəcəsindədir.
Faktla bağlı araşdırma aparılır.