Torpağı qanla yuyanlar…

0
454

Ramiq Mikayılovun şəxsi şücayəti haqqında çox eşitmişdik.Amma onun ailəsini, anası Gülzar xanımı,qardaşı Aganı və şəhidimizin yadigarı Agaseyidi tanımırdıq.Gülzar ananın dəvəti ilə Şəhidimizin mövludunda -Biləsuvar rayonundakı Cəbrayıl qəsəbəsində olarkən bu dag vüqarlı ananı daha yaxından tanıdıq.Mövlud gününə bütün qonşu rayonlardan əlavə Bakıdan da gələn Şəhid anaları , mediya əməkdaşları, rayonun icra başçısı başda olmaqla bütün rəsmi işçilər də gəlmişdilər.Şəhidimizin küçədəki xatirə plakatı önündə məktəblilərlə yanaşı Ramiqin oglu da iştirak edərək atasına şeir deyirdi.
Nə yaxşı ki , Gülzar ana Ramiqin yadigarı ilə təsəlli tapa bilir.,onu da oglu kimi vətənpərvər böyüməsinin qaygısına qalır…
Ramiq haqqında yazılarımda ətraflı məlumat vermişəm.
Dogma Qarabagımızın yagılardan təmizlənməsində göstərdiyi igidliklərindən,44 günlük Vətən müharıbəsində torpaqlarımızın azadlıgı ugrunda qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmasından danışmışam.
Mayın 20 sində isə Zabitlər evində onun anım gününə dəvət aldıq.
Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri,”Qürur”ədəbi Mərkəzin nəzdindəki “Xarıbülbül” Ədəbi Məclisin fəal üzvü Ruhiyyə Poladova, mediya əməkdaşı Zəminə xanımla tədbirdə iştirak etdik.
Tədbiri tanınmış aparicı Səbinə Mirzəqizı Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi və himnimizi oxumagla tədbiri açıq elan etdi…Tədbirdə Şəhidimizin döyüş yoldaşları, qazilər müxtəlif bölgələrdən və Bakıdan gəlmiş Şəhid anaları və ailələri, hərbiçilər,mediya nümayəndələri də iştirak edirdilər. Səbinə xanlm sözü Ramiqin iş yoldaşları-leytenant qazi Hüseyn Süleymanova ,mayor Zaur Mənsimova verdi…
Çıxış edənlər şəhid mayor Vüsal Vəliyevin qardaşı,gənc alim Əliyar İslamoglu,şəhid”Murov qartalı”Fəxri Qəribzadənin xeyirxah və xeyriyyəçilik fəaliyyətilə hamının sevimlisi olanvə oglunun hərbi paltarını əynində gəzdirən Mehparə Qəribzadə, evin və ailənin tək şəhid oglu Emil İsmayılovun anası Məlahət xanım, “Dəmir Yumruq”alfa Cəmiyyətinin sədri Ülviyyə xanım, bir gün yarım ölmüş bilinib meyitxanada qalan qazi Xankişi Yusifov və başqaları Ramiq haqqında , onun döyüş yolundan, göstərdiyi qəhrəmanlıqları ilə yanaşı etibarlı,sədaqətli,vətənpərvər igid, mehriban səmimi dost olmasından söhbət açdılar..
Əməkdar artist Yusif Mustafayev, Şahin İsmayılov şəhidlərimizə həsr olunmuş mahnıları ilə iştirakçıları kövrəltdilər Sonda Gülgəz ana oglunun xatirəsini yad edib bura toplaşanlara minnətdarlıgını bildirdi.Və bu gün oglu ilə qürur duydugunu və eyni zamanda kədərləndiyini bildirdi….
Gülgəz ana Ramiq və onunla şəhid olan üç min igidimiz və ümumilikdə otuz minə yaxın şəhidlərimiz təkcə siz anaların deyil, on milyondan çox xalqımızın hər bir ailəsinin balalarıdir.Onların qarşısında baş əyir, sizin əllərinizdən öpürük ki, bu əllərdə belə igid ogulları bəsləyib böyüdərək Vətənimizin işgalda olan torpaqlarlmızı azad edərək bizim başımızı uca etdilər. Eşq olsun belə Qartallara ,Eşq olsun Ali Baş Komandanımıza və Müzəffər Ordumuza Allah cəmi Şəhidlərimizə rəhmət eləsin.

Nəzakət Kərimova Əhmədova,
AJB üzvü,”Bizim Qala jurnalının redaktoru, “Yazarlar” jurnalının əməkdaşı.