İsmayıllı rayonu İvanovka kəndində General Polad Həşimovun adına tədbir keçirildi.
Tədbirdə General Mayor Polad Həşimovun anası Səmayə xanım, Polad Həşimovun qardaşı İlham müəllim, İsmayıllı rayon icra hakimi Nahit Bagırov, icra müavini Sevil Əhmədova, icra nümayəndələri,Hərbi komisar Polkovnik – leytenant Əfqan Nəbiyev, Baş leytenant Teymur Məmmədli Vətən müharibəsi iştirakçısı, qazisi, Vətən müharibəsi veteranı,Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri,İvanovka tam orta məktəbin direktoru Soltanov Əfqan, təşkilatçı Fateeva Lybov Nikoloevna, İsmayıllı şəhid ailələri, Qəbələ şəhid ailələri, qazilər məktəblilər iştirak etdi.
Tədbir hərbi parad ilə başladı, sonra Polad Həşimovun adına verilmiş sinif otağının açılışı oldu.
Açılışdan sonra məktəbin akt zalında məktəblilərin tədbiri keçirildi.
Tədbir Azərbaycanın Dövlət himni ilə başladı, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Məktəblilər kompazisiyalar, vətənpərvərlik musiqiləri, şeirlər səsləndirdi.
Çıxış üçün söz şəhid ailələrinə verildi.Polad Həşimov anası Səmayə xanım tədbir təşkilatçılarına öz təşəkkürnü bildirdi, xatirə albomuna öz arzularını yazdı. Məktəblilərə arzu və istəklərini bildirdi
Səmayə xanım məktəbə xatirə albomu və Sumqayıt şəhidlərinin şəkillərinin şəklin xatirə olaraq təqdim etdi.
Məktəblilər şəhid analarına gül dəstələri verdilər, məktəbin direktoru Soltanov Əfqan müəllim Polad Həşimovun anası Səmayə xanıma hədiyyə təqdim etdi.
Tədbir məktəb kollektivinin hazirladıgı çay süfrəsi arxasında davam etmişdir.
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzi Qəbələ rayon numayəndliyi rəhbəri