Bolqarıstan: “Azərbaycandan qazın həcminin artımı ən perspektivli variantdır”

0
244

Bolqarıstan Azərbaycandan təbii qazın həcminin artımını ən perspektivli variant hesab edir.

Baş nazir Kirill Petkov bildirib ki, iyulun 1-dən ölkə Azərbaycandan razılaşdırılmış təbii qazın bütün həcmini alacaq.

“Qazprom”la müqaviləyə əsasən bazar qiymətlərinə əsaslanır. Bu modelə görə, Serbiyadan qaz ala bilərik. Ən perspektivli variant Azərbaycanla müqavilə əsasında qazın həcminin artırılmasıdır”, – bunu isə Bolqarıstanın ictimai-siyasi xadimi, keçmiş iqtisadiyyat və energetika naziri Trayço Traykov deyib.

“Məncə, qaz böhranı yoxdur, çünki qaz var. Qiymətlərlə bağlı problem artıq bir ilə yaxındır ki, mövcuddur”, – deyə o əlavə edib.

Traykov qeyd edib ki, ölkədə tələb olunan qazın qalan miqdarı başqa üsullarla kompensasiya edilməlidir.

Traykov Petkovun ABŞ-dan gələn maye qazın qiymətinin həqiqətən də “Qazprom”un qiymətindən aşağı ola biləcəyi ilə razılaşıb.

“Qazın qiyməti həmişə hasilatın və nəqlin qiymətindən deyil, bütün digər amillərdən asılı olub. Qiymət istehsalın maya dəyəri kimi hesablanandan xeyli yüksəkdir və müxtəlif variantlar üçün imkanlar var”, – o əlavə edib.

Trayço Traykov hesab edir ki, qaz təchizatı ilə bağlı yeni yaradılmış müvəqqəti komissiyanın işi yaxşıdır.