Təhsil Nazirliyi VACİB MƏLUMAT yaydı – Şagird və valideynlərdən…

0
349

Təhsil Nazirliyi yanında İctimai Şura 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ictimaiyyətə müraciət edib.

Müraciətdə məktəblərdə şagird və valideynlərdən hər hansı bir vəsaitin toplanmasının yolverilməz olduğu qeyd edilir. Bildirilir ki, bayramla bağlı xoşagəlməz halların qarşısını almaq üçün bu prosesə cəmiyyət olaraq hər birimiz nəzarət etməliyik.

Həmçinin qeyd olunur ki, belə hallarla qarşılaşanlar [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Unutmayaq ki, müəllimə hörmət valideynin öz övladının təlim-tərbiyə prosesinə həssas yanaşması, bu prosesdə onu hərtərəfli dəstəkləməsidir.

Müraciət xanımların 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edilməsi ilə yekunlaşdırılır.