Ali Rada BMT sülhməramlılarını Ukraynaya çağırdı

0
389

Martın 3-də Ukrayna Ali Radasının plenar iclası keçirilib.

Parlament beynəlxalq təşkilatlara bir sıra müraciətləri təsdiqləyib.

Bu barədə “Xalqın xidmətçisi” partiyasının rəhbəri Yelena Şulyak “Telegram”da məlumat verib.

Xalq deputatları BMT-yə, Beynəlxalq Qızıl Xaç Komitəsinə, Avropa Parlamentinə, beynəlxalq təşkilatlara və onların parlament assambleyalarına, xarici ölkələrin parlament və hökumətlərinə müraciəti dəstəkləyiblər.

Ukrayna parlamentariləri beynəlxalq ictimaiyyəti təcili olaraq mülki əhalinin Rusiya qoşunlarının silahlı hücumlarından müdafiəsini təmin etmək üçün yardıma çağırıblar.

Həmçinin, Ali Rada dərhal Ukrayna ərazisi üzərində uçuşa qadağa zonası tətbiq etməyi, qadınların, uşaqların və qocaların təhlükəsiz təxliyəsi üçün “yaşıl” dəhlizlərin açılmasını, eləcə də  BMT-nin sülhməramlı qüvvələrin Ukraynaya daxil edilməsini xahiş edib.

Bununla yanaşı, xalq deputatları da müharibənin dayandırılması üçün vasitəçi olmaq xahişi ilə BMT-nin baş katibinə müraciət ediblər.