Hikmət Hacıyev: Azərbaycan Ermənistanla sülh müqaviləsini müzakirə etməyə hazırdır

0
278

Azərbaycan Ermənistanla sülh müqaviləsini müzakirə etməyə hazırdır, lakin bunun üçün ədalət, o cümlədən Xocalıya münasibətdə ədalət bərqərar olmalıdır”.

Bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocalı soyqırımın 30-cu ildönümü ilə bağlı keçirilən konfransda deyib.

“Vətən müharibəsinin gedişində məlum idi ki, Ermənistan öz strategiyasını dəyişməyib. Ermənistan dinc və gecə vaxtı yatan azərbaycanlılara zərbə endirirdi”, – o xatırladıb.

H.Hacıyevin sözlərinə görə, Xocalıya bənzər faciələr işğal zamanı Azərbaycanın digər yaşayış məntəqələrində də törədilib, lakin bu barədə danışılmayıb: “İndiyədək kütləvi məzarlıqlar qalmaqdadır. Ermənistanı onlar haqqında məlumat verməyə çağırırıq”.

Xatırladaq ki, Xocalı rayonunun Edilli kəndində də azərbaycanlıların kütləvi məzarlığı aşkar edilib.