İndoneziya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Bali adasının yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Cimbaran yaşayış məntəqəsindən 88 kilometr cənub-qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 100 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.