İstanbulda 15 iyul – Demokratiya və Milli Birlik Günü münasibətilə mitinq keçirilib

0
593

Türkiyədə qeyd edilən 15 iyul – Demokratiya və Milli Birlik Günü münasibətilə İstanbulun Atatürk hava limanında ümumxalq mitinqi keçirilib. Mitinq 2016-cı il iyulun 15-də Türkiyədə törədilən dövlət çevrilişi cəhdinə qarşı həmrəylik məqsədi daşıyır.

Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Türkiyə Prezidentinin ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən təşkil olunan və “15 İyul – Demokratiya və Milli Birlik Günü Görüşməsi” şüarı altında keçirilən mitinqə əllərində türk bayraqları tutaq çox sayda insan qatılıb. İştirakçılar Dövlət Qonaq Evinin qarşısında toplaşıblar.

Musiqili proqramla davam edən mitinqdə vətənpərvərlik mahnıları və şeirləri səsləndirilib. Sonra Türkiyə Silahlı Qüvvələrinin “Mehteran” qrupunun konserti olub.

Sonda səhnədə quraşdırılmış ekranda həmin günü əks etdirən qısametrajlı film nümayiş etdirilib.