Azərbaycanda valyuta bazarı ilə bağlı PROQNOZ

0
324

Cari əməliyyatlar balansındakı profisit 2022-ci ildə də valyuta bazarına müsbət təsir göstərəcək.

Bu barədə Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov məlumat verib.

O bildirib ki, valyuta bazarındakı sabitliyin əsasında tədiyyə balansı dayanır və məlum olduğu tədiyə balansının əsas hissəsi əməliyyatlar hesabıdır:

“Cari əməliyyatlar balansının başlıca komponenti olan xarici ticarət balansında profisit ötən il 3,5 dəfə artıb. Mövcud meyillərin davam etməsi şəraitində 2022-ci ildə cari əməliyyatlar hesabının profisitli olması ehtimalı çox yüksəkdir”.

Azər Ələsgərovun sözlərinə görə, hesablamalar neftin qiymətinin 50 ABŞ dolları olduğu təqdirdə belə cari əməliyyatlar balansında əhəmiyyətli bir profisitin yaranacağını göstərir:

“Neftin qiyməti ilə bağlı beynəlxalq təşkilatların proqnozları nikbindir. O cümlədən, Beynəlxalq Valyuta Fondu özünün son hesabatında neftin qiyməti ilə bağlı proqnozu artırıb”.