Bağçaların təhvil-təslim prosesinin yekunlaşacağı tarix AÇIQLANDI – VİDEO

0
288

“Bu ilin mart ayı ərzində bağçaların təhvil-təslim prosesinin yekunlaşdırılması nəzərdə tutulub”.

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O qeyd edib ki, ölkədə ərazisində 1000-dən artıq dövlət uşaq bağçası fəaliyyət göstərir:

“Bu da kifayət qədər vaxt tələb edir. Uşaq bağçalarına azyaşlıların qəbulunun elektron formada olması da planlaşdırılır”.

E.Əliyev əlavə edib ki, mart ayı ərzində Regional Təhsil İdarələrinin yaradılması ilə bağlı da bütün işlər yekunlaşacaq.