Ermənistanın delimitasiya ilə bağlı hər hansı bir şərt irəli sürməyə haqqı yoxdur

0
283

İki həftə öncə Ermənistan tərəfi Rusiya vasitəsilə Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı yeni təkliflər verib. Lakin Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı hər hansı bir şərt irəli sürməyə nə hüquqi, nə siyasi, nə mənəvi haqqı var

Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, müəyyən mənada prosesə başlamaq üçün ilkin şərtlər irəli sürülüb.

“Ermənistan tərəfi Komissiyanın işə başlaması üçün müəyyən şərtlər irəli sürüb. Azərbaycan heç bir qeyd-şərt olmadan bu prosesə açıq olduğunu bildirib”, – deyə nazir qeyd edib.

C.Bayramov əlavə edib ki, sərhədlərin delimitasiyası məsələsində “kreativ” yanaşmalara ehtiyac yoxdur, beynəlxalq sərhədlər tanınmalıdır. 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı hər hansı bir şərt irəli sürməyə nə hüquqi, nə siyasi, nə mənəvi haqqı var.