Bakıda dayənin uşağa şprislə işgəncə verməsi ilə bağlı DİN-dən AÇIQLAMA – VİDEO

0
310

Ötən gün sosial şəbəkədə dayənin azyaşlıya şpris batırmasını əks etdirən görüntülərin paytaxtın  Yasamal rayonunda qeydə alındığı məlum olub.

Azyaşlının anası məsələ ilə bağlı ərazi üzrə Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, azyaşlının valideyninin şikayəti əsasında hazırda araşdırma aparılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir”.

Qeyd edək ki, dayənin üçyaşlı uşağa şprislə işgəncə verməsini əks etdirən görüntülər evdə quraşdırılan müşahidə kamerasına düşüb. 

Videoya aşağıdakı linkdən baxa bilərsiniz

https://www.instagram.com/p/CZbtvxOKbaN/?utm_source=ig_embed&ig_rid=8465827d-e256-4374-846a-03c271d647e2&ig_mid=7F24731C-C1B8-4DB1-ACDB-036C0D05D5CB