Azərbaycanda qadın canlı yayımda törətdiyi cinayəti etiraf edib.
ARB TV-nin efirində yayımlanan “Səni Axtarıram” verilişinin canlı efirində 1 il 9 ay sonra qadın qayınanasını öldürdüyünü etiraf edib.
O, bildirib ki qayınanasını qəsdən öldürməyib. Sonra isə qətli yoldaşının əmisi oğlu ilə törətdiyini bildirib.
Bu etirafdan sonra polis studiyaya gələrək qadını aparıb.