Britaniyanın xarici işlər naziri: “Putinin oliqarxları üçün gizlənəcək yer qalmayacaq”

0
353

Gələn həftə Rusiyaya qarşı sanksiyalarla bağlı təkmilləşdirilmiş qanunvericilik elan edəcəyik”.

Bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Liz Tras deyib.

Rusiyaya qarşı iqtisadi sanksiyaların necə genişləndirilə biləcəyi ilə bağlı ətraflı məlumat verən xarici işlər naziri bildirib ki, hökumət Kreml üçün əhəmiyyət kəsb edən istənilən şirkəti hədəfə almaq istəyir.

Nazir bildirib ki, onların bir nömrəli prioriteti Rusiyanı Ukraynanı işğal etməkdən çəkindirməkdir:

“Vladimir Putinin oliqarxları və Rusiya dövlətinin dəstəklənməsi ilə məşğul olan rus şirkətləri üçün gizlənəcək yer qalmayacaq”.

Liz Trass onu da vurğulayıb ki, bu Rusiya üçün asan olmayacaq.