Azərbaycanın daha bir cüdoçusu koronavirusa görə Qran-pridən kənarlaşdırılıb

0
285

Portuqaliyanın Almada şəhərində keçirilən cüdo üzrə Qran Pri turnirində yarışan idmançımız İmran Yusifov (+100 kq) təkrar yoxlama zamanı PCR testinin nəticəsi pozitiv çıxdığından yarışlardan kənarlaşdırılıb.

Portuqaliyanın daxili qaydalarına əsasən, o, 7 gün müddətinə təcrid olunub. İmran Yusifovun, həmçinin nəticələri daha öncə pozitiv çıxan bütün heyət üzvlərinin sağlamlıq vəziyyətləri qənaətbəxşdir, ciddi ağırlaşma halları yoxdur. Bütün heyət üzvlərinin müalicəsi Azərbaycan Cüdo Federasiyasının ciddi nəzarəti altındadır və onlar ehtiyac duyulan bütün tibbi və digər vasitələrlə təmin ediliblər.

Təxminən 1 saat sonra başlayacaq bugünkü yarışda yığma komandamızdan Adil Kərimli (-100 kq) və Uşanqi Kokauri (+100 kq) güclərini sınayacaq.

Qeyd edək ki, bundan öncə İmran Yusifovda Bakıda bir, Portuqaliyada isə iki test götürülüb və hamısının nəticəsi neqativ olub