Anar Eyvazov: “Hərbçilərimizin itkin düşdüyü ərazidə qış vaxtı temperatur mənfi 30 dərəcəyə düşür” – VİDEO

0
301

“Kəlbəcər və Laçın rayonları çətin relyefli ərazilərdir. Bu ərazilərdə qış vaxtlarında temperatur mənfi 30 dərəcəyə düşür”.

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov keçirdiyi brifinqdə deyib. 

O bildirib ki, Kəlbəcər və Laçında döyüş növbətçiliyi aparmaq üçün bütün şərait yaradılıb. Çovğun və külək nəticəsində təmizlənmiş yollar yenidən qarla örtülür. Nazirlik rəsmisi qeyd edib ki, Kəlbəcərin Alagöllər ərazisində dörd hərbi qulluqçumuz – baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAHHXHQ kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu çovğun səbəbilə itkin düşüb: 

“Axtarış işləri nəticəsində üç hərbi qulluqçumuz tapılıb. Hazırda onların həyati təhlükəsi yoxdur”.

Anar Eyvazov qeyd edib ki, itkin olan digər hərbi qulluqçumuz – Faiq Bağırovun axtarışı davam edir.