İstanbul Hava Limanında uçuşlar bərpa olunur

0
255

Türkiyənin İstanbul Hava Limanında uçuşlar tədricən normal qrafikə qayıdır.

Bu barədə Türk Hava Yollarının baş direktoru Bilal Ekşi “Twitter” hesabından açıqlama verib:

“Saat 07:00-13:00 (gəliş və gediş) arasında 131 reys planlaşdırılır”.

O həmçinin səyahət edənlərin hava limanlarına çatmazdan əvvəl aeroportun veb-saytında uçuşların cədvəlini yoxlamalarını da xatırladıb.