Azərbaycanda faydalı yataqları istismar edəcək şirkətlərin adları məlum oldu – FOTO

0
277

Faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı növbəti hərrac keçirilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, 17 yanvar tarixində təşkil olunmuş növbəti hərracda Qəbələ rayonunda yerləşən “Bumçay”, “Dəmiraparançay”, “Tikanlıçay” və “Xırxatala” qum-çınqıl yataqlarının müvafiq olaraq 5, 10.5, 5 və 8 hektar sahəsi istifadəyə verilib.

Qeyd edək ki, “Bumçay”, “Dəmiraparançay”, “Tikanlıçay” qum-çınqıl yataqlarının LOT-1 üzrə, eləcə də, “Xırxatala” qum-çınqıl yatağının LOT-4 üzrə qalibi “Körpü-Bina-Tikinti” MMC olub. “Dəmiraparançay”ın LOT-2 və “Xırxatala”nın LOT-1 üzrə qalibi “SAND AZ” MMC-dir. “Dəmiraparançay”ın LOT-3 üzrə qalibi isə fiziki şəxs Qəribov Rauf Mübariz oğlu olub.

Hərracda istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə linkdən tanış olmaq mümkündür.

Qeyd edək ki, yer təkinin istifadəsi ilə bağlı ötən ildən keçirilməyə başlayan hərraclarda 33 faydalı qazıntı yatağı istismara verilib.