“Azad olunmuş ərazilərə yanvarın 24-dən etibarən ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. İlkin mərhələdə Şuşa və Ağdama avtobusların getməsinə şərait yaradılacaq”.
Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov danışıb.
O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin infrastrukturunun formalaşdırılması, nəqliyyat şəbəkəsinin yenidən qurulması və inkişaf etdirilməsi həmin ərazilərə müntəzəm avtobus marşrutlarının təşkil edilməsinə imkan yaradır.
Nəzərdə tutulan marşrut xətləri isə Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bakı-Ağdam-Bakı və Bərdə-Ağdam-Bərdədir.
Xatırladaq ki, azad olunmuş torpaqlara ilk marşrut xətti hələ 2020-ci ilin yanvar ayında Cocuq Mərcanlıya açılıb.
Daha ətraflı süjetdə.