Koronavirusa yoluxmada ən təhlükəli gen tapılıb

0
406

COVID-19-un ağır forması riskini iki dəfədən çox artıran gen müəyyən olunub.

Bu barədə Polşanın Belostok Tibb Universitetinin alimləri elan ediblər.

Tədqiqatçılar eyni yaşda və sağlamlıq vəziyyətində olan insanların orqanizmlərinin koronavirus infeksiyasına fərqli reaksiyasını araşdırıblar. Onların sözlərinə görə, bunun səbəbi insan genetikası ilə bağlı ola bilər.

Alimlər hesab edirlər ki, genlər insanın yaşı, çəkisi və cinsindən sonra orqanizmdə koronavirusun gedişatının şiddətinə təsir edən dördüncü ən vacib amildir.

Elm adamları sözügedən genin insanda olan 23 cüt xromosum üçüncüsündə yerləşdiyini bildiriblər.

“Avropalıların təxminən doqquz faizində belə bir gen var, Afrika və Hindistanda yaşayanlar isə daha az şanslıdırlar – onların 27 faizinində bu gen var”, – deyə onlar bildiriblər.

Bu kəşfin xəstələnmək riski daha çox olan insanları müəyyən etməyə və onları mümkün təhlükələrdən qorumağa kömək edəcəyi güman edilir.