Lavrov: “Ermənistanın demarkasiya ilə bağlı təkliflərini Azərbaycan tərəfinə çatdıracağıq”

0
321

“Həqiqətən də Soçi görüşünün sonunda sərhədlərin demarkasiyası üzrə ikitərəfli komissiyanın 2021-ci ilin sonuna qədər yaradılacağı ilə bağlı açıqlama verilmişdi”.  

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair illik mətbuat konfransında söyləyib.

“Amma həyatda bəzi məqamlar mürəkkəbdir. Ötən gün erməni həmkarlarımla danışıqlar aparmışam. Onların yeni təklifləri yaranıb. Biz öz növbəmizdə bu təklifləri Bakıya təqdim edəcəyik. Çalışacağıq ki, bu məsələlər tezliklə işə düşsün. Bir daha qeyd edim ki, orada fikir ayrılığı bu komissiyanın tezliklə işə düşməsinə nail olmaqdır. Bu, bir qədər çətin olacaq. Biz əmin olduq ki, bu mövzu müzakirə edilir. Yəqin ki, ən optimal variant bu komissiyanı yaratmaq və onun gündəliyinə daxil olan məqamların ardıcıl şəkildə həllinə nail olmaqdır”, – rusiyalı diplomat fikrini tamamlayıb.