Bakıda yenilik: bu dairədə hərəkət dəyişir – VİDEO

0
347

Təsəvvür edin, bir dairəyə eyni vaxtda 5 istiqamətdən xeyli avtomobil daxil olur. Təbii ki, belə olan halda sürücülər biri-birilərinə yol verməkdə çətinlik çəkirlər. Xətai rayonu ərazisində yerləşən ”Ukrayna” dairəsi boyunca hərəkət edən sürücülər demək olar ki, hər gün problemlə qarşılaşırlar. Ekspertlər bildirir ki, problemin əsas səbəbi dairənin böyük olmasıdır. Bakı Nəqliyyat Agentliyi məsələyə aydınlıq gətirib. Həmin ərazidə yeni layihə həyata keçiriləcək. 

Dairə böyük, yoldakı zolaqların, eləcə də dairəyə giriş-çıxışların sayı isə çox.

Paytaxtda hərəkətin intensiv olduğu ən böyük dairəsində sürücülər problem yaşayırlar. 

Xətai rayonu ərazisində yerləşən ”Ukrayna” dairəsindən istifadə edən sürücülər qəza şəraiti ilə üz-üzə qalırlar. Bu dairəyə eyni anda 5 istiqamətdən xeyli sayda avtomobil daxil olur. Sürücülərin sözlərinə görə, sahəsi böyük olduğundan olduğundan, dairə üzrə hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri bir-birinə yol verməkdə çətinlik çəkirlər. 

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, problemin əsas səbəbi həmin dairədə zolaqların sayının həddindən çox olmasıdır. Onun sözlərinə görə ərazidə ciddi dəyişikliklər etmək lazımdır.

Problemdən Bakı Nəqliyyat Agentliyi də xəbərdardır.

Qurumdan bildirilib ki, “Ukrayna” dairəsində yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə layihə hazırlanıb. Layihəyə əsasən mövcud dairənin yerində yeni Turbo tipli dairənin inşası nəzərdə tutulur.

Həmin dairə istifadəyə verildikdəb sonra zolaqlar üzrə konflikt nöqtələrinin sayı 170-dən 23-ə enəcək. Dairədə mübahisəli nöqtələr minimuma endiriləcək. Buna görə də təhlükəsizlik təmin olunacaq, dairənin hərəkəti buraxma qabiliyyəti artacaq. Qeyd edək ki, layihə digər dövlət qurumları ilə razılaşdırılma mərhələləsindəndir. 

Videoya aşağıdakı linkdən baxa bilərsiniz

https://player.olke.az/?v=4649&share_user_id=