Maşın almaq istəyənlərin nəzərinə – bu avtomobillər bahalaşacaq VİDEO

0
319

Yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən xaricdən idxal edilən və mühərrikin həcmi 3000 kubsantimetrdən yuxarı avtomobillər üçün aksiz vergisinin dərəcəsi artırılıb. Sözügedən qərar istehsal tarixi 3 ildən artıq, həmçinin dizel mühərrikli nəqliyyat vasitələrinə də şamil olunub. Sürücülərin fikrincə bu dəyişiklik bazara təsirsiz ötüşməyəcək.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, aksiz dərəcəsinin artırılmasında məqsəd ölkəyə köhnə avtomobillərin və dizel mühərrikli nəqliyyatvasitələrininidxalını azaltmaqdır. Ekspertin sözlərinə görə, yeni qaydaların avtomobil bazarına təsiri hələlik hiss edilmir.

Elməddin Muradlı bildirir ki, bu təcrübə Azərbaycanda yeni deyil.

Dövlət Gömrük Komitəsindən xəbər ertəsinə bildirildi ki, yeni qaydalarla mühərrikinin həcmi 3001kubsantimetrdən 4000 kubsantimetrə qədər olan nəqliyyat vasitələrinin aksiz dərəcəsi 13 manatdan 15 manata, 4001-dən 5000 kubsantimetrə qədər olanlarda 35-dən 40 manata, 5000 və daha yuxarı olan avtomobillərdə isə 70 manatdan 80 manata qədər artırılıb.