Avropada parça maskalar qadağan edilir

0
278

Rumıniyada yanvarın 8-dən etibarən dəfələrlə istifadə üçün nəzərdə tutulan parça maskalar taxmaq qadağan edilib. İctimai yerlərdə bu cür maska taxmaq fərdi müdafiə vasitəsinin olmaması kimi qiymətləndiriləcək və buna görə 600 avro cərimə tətbiq olunacaq.

Rumıniya sakinləri və bu ölkəyə gələn qonaqlar ictimai yerlərdə tənəffüs orqanlarını adi maskalarla deyil, həkimlər əməliyyat apararkən istifadə etdikləri N95 markalı cərrah maskaları və ikiqat müdafiə qabiliyyətinə malik olan FFP2 respiratorları ilə ötrməlidirlər. Oxşar qayda yanvarın 25-dən etibarən Avstriyada da tətbiq ediləcək. Burada adi birdəfəlik maskalar və parçadan hazırlanmış maskalar “qeyri-qanuni” sayılacaq. Fevralın 1-dən etibarən Almaniya da bu ölkələrə qoşulacaq.

Koronavirusun əvvəlki variantları ilə müqayisədə daha yoluxucu olan “omikron” ştamının geniş yayılması ilə əlaqədar Avropa daha yüksək səviyyəli fərdi müdafiə tədbirlərinə keçir. Danimarka, Fransa və Böyük Britaniyada yoluxma rekordları qeydə alınıb. ABŞ-da “omikron” variantının geniş yayılması ilə əlaqədar sutkada 800-900 min nəfər xəstələnir, bəzi günlərdə isə yeni yoluxanların sayı 1 milyona çatır. Bu, qabaqlayıcı tədbirlər tətbiq edilməsi barədə düşünməyə sövq edir.