Kərkidə də Azərbaycan postu olacaq – Şahnazaryan

0
365

Yaxın zamanlarda Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesi başlayacaq. Proses uzun sürməyəcək və nəticədə Gorus-Qafan marşrutu ilə analoji olaraq Azərbaycan sərhəd və gömrük məntəqələri Kərki və Əskipara kəndlərindəki məntəqələrdə də peyda olacaq.

Bu fikirləri Ermənistanın keçmiş MTŞ rəhbəri David Şahnazaryan bölüşüb.

“Türkiyə və Azərbaycanın irəli sürdüyü şərtləri faktiki olaraq Ermənistan hakimiyyəti qəbul edib. Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul etməsi, Osmanlı imperiyasında “erməni soyqırımı”nın beynəlxalq aləm tərəfindən tanınması prosesindən imtina edilməsidir. Ermənistan hakimiyyəti bütün bu şərtləri operativ şəkildə yerinə yetirməyə çalışacaq”, – deyə o qeyd edib.