Tehran bələdiyyəsi zibil toplayan uşaqlardan rüşvət tələb edir – VİDEO

0
275

Tehran şəhərinin Narmək bölgəsinin bələdiyyəsi burada zibil qutularından tullantı yığaraq ailələrini dolandıran uşaqlardan aylıq xərac tələb edir.

Vətəndaş tərəfindən çəkilən videoda yoxsulluq səbəbindən zibil və tullantı əşyaları toplayıb satmaqla məşğul olan uşaqlar deyirlər ki, Narmək bölgəsinin bələdiyyə başçısı onlardan aylıq 4 milyon tümən rüşvət alır.

Aylıq təyin edilən haqqı verməyənlərə isə bu işlə məşğul olmağa icazə verilmir.

Qeyd edək ki, İranda özəlliklə son illərdə zibil toplayaraq ailələrinin maddi ehtiyaclarını təmin etməyə çalışan uşaqların sayı kəskin artıb.

Videoya aşağıdakı linkdən baxa bilərsiniz.

https://www.youtube.com/channel/UCyJSFrC9vvn6CjIZP_oThIw