Yanğın baş verən məktəbdə tədris bərpa olundu

0
239

Ötən həftə yanğın baş vermiş Bakı şəhərindəki 84 nömrəli tam orta məktəbdə tədris ənənəvi qaydada davam edir.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. 

Bildirilib ki, məktəbin işıq, su və istiliklə təminatı normaldır.

Qeyd edək ki, yanvarın 7-də baş vermiş yanğın səbəbindən məktəbdə tədrisin bir günlük distant qaydada təşkili zərurəti yaranmışdı.