Polşalı turistlər itkin düşdü

0
284

Slovakiyada Yüksək Tatra dağlarına yürüş edən polşalı turist qrupu itkin düşüb.

Xüsusi hazırlıq keçmiş 3 polşalı Gerlax zirvəsinə dırmanmaq istəyib.


Dağın hündürlüyü 2700 metrə çatır. Yüksək Tatra dağlarında cümə günündən hava kəskin pisləşib, turistlərlə əlaqə kəsilib. Onların axtarışı heç bir nəticə verməyib.

Slovakiyalı xilasedicilərə Polşadan da kömək göndərilib. Turistlərin axtarışı gecə və bazar günü də davam edəcək.