ABŞ-ın Rusiya ilə görüşdə planı nədir?

0
347

Yanvarın 10-da Rusiya ilə Cenevrədə keçiriləcək danışıqlarda ABŞ raketlərin yerləşdirilməsi və Avropada hərbi təlimlərin miqyasını müzakirə etməyi planlaşdırır.

Nəşr qeyd edib ki, Ağ Ev qarşıdakı məsləhətləşmələr zamanı Moskvanın Ukrayna ətrafında böhranın həllinə ciddi yanaşdığını, yoxsa vəziyyəti uzatmaq üçün ABŞ-a qarşı tələblərindən istifadə etdiyini öyrənməyi planlaşdırır.

Qeyd edək ki, gələn həftə Rusiya və ABŞ Cenevrədə strateji sabitliyə dair növbəti dialoq keçirəcək, bundan sonra Brüsseldə Rusiya-NATO Şurasının iclası, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında məsləhətləşmələr baş tutacaq.