Britaniya Rusiya ilə rəqabət aparmaq üçün hipersəs raketləri hazırlayacaq

0
315

Böyük Britaniya bu sahədə Rusiya ilə rəqabət aparmaq üçün hipersəs raketləri hazırlamağı planlaşdırır.

Bu barədə Böyük Britaniyanın Müdafiə Baş Qərargah rəisi Toni Radakin bildirib.

“Bizdə onlar (hipersəs raketləri – red.) yoxdur, lakin olmalıdır”, – deyə o “Times” nəşrinə müsahibəsində vurğulayıb.

Nəşr bu konteksdən qeyd edir ki, Radakin planları açıqlayıb, onların məqsədi “Rusiyanın artan hərbi gücü ilə rəqabət aparmaq”dır.