Sərəncam var, yer hazırdır – Babəkin heykəlindən 11 ildir xəbər yoxdur VİDEO

0
311

Uzun zamandır şəhərin iri prospektində ucaldılması nəzərdə tutulan heykəldən hələ də xəbər yoxdur. Adı konkret, özü mücərrəd olan heykəl Babəkə məxsus olsa da, Babək prospektinə qismət ola bilmir. 11 ildir maliyyə dəstəyi gözləyən heykəl, hansı səbəbdən maliyələşdirilmir?

Hazırlansa idi, Qafqazda ən böyük heykəllərdən biri olacaqdı. Söhbət paytaxtın Babək prospektində ucaldılması nəzərdə tutulan Babəkin heykəlindən gedir. Bununla bağlı 2011-ci ildə prezident İlham Əliyev sərəncam imzalayıb. 

11 il öncə göstərişi verilən heykəl bu günə qədər tamamlanmayıb. Babək prospektində heykəlin ucaldılması üçün nəzərdə tutulan yerdə niyə hələ də heykəlin olmadığını öyrənmək üçün, Rəssamlar İttifaqı ilə əlaqə saxladıq. Qurumdan bizə bildirildi ki, heykəlin hazırlanması heykəltəraş Arif Qazıyevə tapşırılıb. Lakin Arif Qazıyev dünyasını dəyişdiyindən heykəl yarımçıq qalıb. Heykəlin indiki aqibətini görmək üçün, qəlibinin töküldüyü sexə yollandıq. Orada bizi qarşılayan heykəltəraş Xanlar Əhmədov və heykəltəraş Arif Qazıyevin oğlu Samir Qaziyev prosesin hansı səbəbdən bu günə qədər uzandığını və hazırda hansı mərhələdə olduğunu danışdı.

Mərhum heykəltəraş Arif Qazıyevin oğlu Samir Qazıyev bildirdi ki, maliyyə dəstəyi olsa heykəli müəyyən zaman çərçivəsində yekunlaşdırmaq olar.

Heykəlin maliyyə öhdəliyi SOCAR-a verildiyindən məsələ ilə əlaqədar sözügedən qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məsələyə münasibətini bildirib.

İbrahim Əhmədov onu da əlavə edib ki, Babəkin heykəlinin yenidən maliyələşdirilməsi ilə bağlı Müşahidə Şurası ilə razılaşdırılaraq məsələ nəzərdən keçiriləcək.