Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunmasına dair tədbirlər planı hazırlandı

0
229

“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsinə dair Müdafiə Nazirliyinin 2022-ci tədris ili üçün tədbirlər planı hazırlanıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat paylaşıb.

Bildirilib ki, bu istiqamətdə keçiriləcək tədbirlər çərçivəsində mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz irsin müdafiə edilməsi və digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılacaq.

Hərbi qulluqçuların müharibə dövründə mədəni mülkiyyətin mühafizəsi məsələləri ilə bağlı maarifləndirilməsi işləri həyata keçiriləcək.

Bundan başqa hərbçilərimiz işğaldan azad edilən ərazilərdə dağıdılmış mədəni abidələrin vəziyyəti ilə bağlı beynəlxalq təşkilatların diqqətinə çatdırılması istiqamətində aparılan fəaliyyətlər barədə də məlumatlandırılacaq.