Saatlıda itkin düşən azyaşlı qısa müddətdə tapılaraq ailəsinə təhvil verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, yanvarın 6-da R.Məmmədov Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 9 yaşlı qızının itməsi barədə məlumat verib.
Məlumatla əlaqədar dərhal polis əməkdaşları rayon ərazisində axtarışlara başlayıb.
Təxirəsalınmaz axtarış tədbirləri nəticəsində azyaşlı uşaq qısa vaxt ərzində rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.