Qazaxıstanda etirazlar fonunda səhmlər çökdü

0
324

Qazaxıstanda kütləvi etirazlar fonunda milli valyuta, Qazaxıstan şirkətlərinin səhmləri və dövlət istiqrazları ucuzlaşıb.

Təngənin dollara nisbətdə məzənnəsi axşam saatlarında 0,14 faiz azalaraq, 435,4 təngə təşkil edib.

Avro bağlanışa nisbətən 0,57 faiz bahalaşıb və 493,4 təngəyə satılır. Qazaxıstan fond birjasının (KASE) saytı (eləcə də, hökumət saytları) saat 17:00-a qədər işləməyib. KASE əsas birja indeksi Moskva vaxtı ilə saat 14:00-da, demək olar ki, 3 faiz ucuzlaşıb.

Kaspi.kz bankının səhmləri Moskva vaxtı ilə saat 14:30-a Qazaxıstan Fond Birjasında 7,4 faiz ucuzlaşaraq, 48 384 təngəyə düşüb.

London Fond Birjasında (LSE) depozitar qəbzləri hazırda 26,14 faiz ucuzlaşaraq, bir səhm üçün 87,15 dollar təşkil edir.

Son məlumatlara görə (Moskva vaxtı ilə 14:30) dünyanın ən böyük uran istehsalçısı olan Qazaxıstanın kotirovkaları 9,85 faiz ucuzlaşıb.

Qazaxıstan birjasında Kazatomprom kapitallaşmanın 6,96 faizini itirib, səhmləri hər biri 15 715 təngəyə düşüb.

Qazaxıstanın mobil operatoru “Kcell” (-3,62%), “Halyk Bank” (-3,27%), “Bayan Sulu” qənnadı müəssisəsi (-2,83%) və magistral neft kəməri operatoru “Kaztransoil”nun (-2,65) səhmləri ucuzlaşıb.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin bir sıra regionlarında yanvarın 19-dək fövqəladə vəziyyət elan edib və Təhlükəsizlik Şurasının sədri vəzifəsini icra etdiyini açıqlayıb. O, 1991-ci ildən Təhlükəsizlik Şurasının sədri olmuş Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevi əvəzləyib.