Sabirabadda 20 min sakinə əziyyət verən bərbad yollar – VİDEO

0
380

Abad yol üzünə həsrət qalan bölgələrdən biri də Sabirabadın Narlıq kəndidir. 

Rayon mərkəzindən 16 km məsafədə yerləşən kəndin 2500 nəfərə yaxın sakini və eləcə də rayonun Cavad, Əlicanlı, Türkədi və Yolçubəyli kəndlərindən olan 20 min nəfər sakin hər gün bu bərbad vəziyyətdə olan yoldan istifadə etmək məcburiyyətində qalır. 

Yol illər əvvəl təmir olunsa da, hazırda dağılaraq keçilməz vəziyyətə düşüb. 

Sakinlər qeyd edir ki, dəfələrlə kənddə yanğın hadisəsi olub, lakin yolun bu vəziyyətdə olması səbəbindən yanğınsöndürən maşınlar vaxtında hadisə yerinə çata bilməyiblər.

Ətraflı süjeti təqdim edirik: