Avropa qaz böhranı ilə üz-üzə

0
313

Avropanı qarşıda iki ən soyuq qış ayı gözləyir. Avropalılar isə ehtiyat qazın az olması səbəbindən mavi yanacaqsız qalma riski ilə üz-üzədirlər.

Bu yanacaq böhranının səbəbi odur ki, Avropa İttifaqı ölkələri bərpa olunan enerji mənbələrinə keçdiklərini qeyd edərək, öz təbii qaz hasilatlarını azaltmağa başlayıblar.

Belə ki, ötən ilin sonunda Avropanın böyük ölkələrində külək və günəş enerjisinin hasilatındakı qeyri-sabitlik elektrik enerjisi istehsalını kəskin şəkildə aşağı salıb.