1000-in verib, 35-in aldılar – Rusiya ilə Ukrayna arasında cəsəd mübadiləsi

Həlak olan 1000 Ukrayna əsgərinin cəsədi Ukraynaya qaytarılıb.

Bu barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski “Telegram” kanalında yazıb:

“Həlak olan 1000 Ukrayna əsgərinin cəsədi Ukraynaya təhvil verilib. Həlak olan 35 Rusiya əsgərinin cəsədi Rusiyaya təhvil verilib”.

Xatırladaq ki, bu il Ukrayna ilə Rusiya arasında ilk cəsəd mübadiləsi yanvarın 29-da baş tutub. Kiyev Ukrayna Silahlı Qüvvələrinin 1000, Moskvaya isə 38 əsgərin cəsədini qəbul edib.