Zelenski Trampla görüşməkdən imtina etdi: Səbəbi bəllidir

Ukrayna prezidenti Vladimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşməkdən imtina edib.

Ukryana lideri bunu münaqişəyə son qoymaq üçün təqdim edilən planla bağlı təkmilləşdirmə aparılması ilə əsaslandırıb.

Bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko “Telegram” kanalında məlumat verib.

“Zelenski daha təfərrüatlı planın və Avropa liderləri ilə məsləhətləşmələrin zəruriliyini əsas gətirərək görüşdən imtina etdi”, – parlamentari yazıb.

Qonçarenko dəqiqləşdirib ki, Zelenski gələn həftə Vaşinqtona uçacaq və bununla bağlı şəxsən Trampa məlumat verib.