Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş, aprel şəhidi Sahil Şirinovun xatirəsinə ithaf edilən “Zəfər İşığı” adlı tədbir keçirildi.
Tədbirdə mərkəzin direktor müavini Reyhan Çələbi, müəllim və tələbə kollektivi, Nicat Apayev adına ,4 saylı tam orta məktəbin müəllim və şagirdləri, şəhid ailələri, qazilər, Qəbələ Mədəniyyət Mərkəzinin nümayəndələri, din xadimləri, media nümayəndələri və digər təşkilat rəhbərləri iştirak edirdilər. Tədbirin informasiya dəstəyi çərçivəsində çəkiliş aparılmışdır.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin açılışını edən direktor müavini Reyhan Çələbi çıxışında şəhidlərimizin qəhrəmanlığından söz açaraq, onların əziz xatirəsi ilə hər zaman qürur duyduğunu bildirdi.
Daha sonra Aprel döyüşlərinə və aprel şəhidlərinə həsr olunmuş videoçarxlar nümayiş etdirildi, o cümlədən şəhid Sahil Şirinovun həyat və döyüş yolunu əks etdirən süjet təqdim olundu.
Tədbirin bədii hissəsində tələbə və şagirdlər tərəfindən hazırlanmış kompozisiyalar nümayiş olundu, vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi.
Şəhidin valideynləri çıxış edərək övladları ilə fəxr etdiklərini, onun xatirəsinin daim ürəklərində yaşayacağını qeyd etdilər. Tədbir iştirakçıları şəhid ailələrinə ehtiramlarını bildirərək, onların yanında olduqlarını vurğuladılar.
Tədbirin sonunda şəhid Sahil Şirinovun anası Şahla Şirinovaya Təranə Alməmmədova tərəfindən “Qəhrəman Ana” adına layiq görülməsi münasibətilə təltif fərmanı təqdim olundu.
Sonda tədbirin təşkilinə dəstək göstərən bütün qurumlara, media nümayəndələrinə və iştirakçılara təşəkkür bildirildi.
Təranə Alməmmədova
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB Qəbələ rayon nümayəndəliyinin rəhbəri











