Yeraltında yaşayan balıq tapıldı: kor, rəngsiz və qabırğasızdır

Hindistanda quyudan çıxarılan kiçik, rəngsiz və kor balığın elm üçün tamamilə yeni növə aid olduğu müəyyənləşdirilib.

Bu barədə Earth.com məlumat yayıb.

Təxminən 4 santimetr uzunluğunda olan balığın ən qeyri-adi xüsusiyyəti onun bütün həyatını yeraltında keçirməsidir. Alimlər bildirirlər ki, bu, tamamilə yeraltı mühitdə yaşayan ilk məlum balıq cinsi kimi qiymətləndirilir.

Qaranlıqda yaşayan canlılarda gözlərin və rəng piqmentlərinin zamanla itməsi müşahidə oluna bilər. Yeni balığın da belə mühitə uyğunlaşdığı düşünülür.