Yaranış yaradışın təməlidir

Məncə bu dünyanın ən gözəl varlığı olan insan, onu da gözəlləşdirmək və qorumaq üçün gəlmişdir. Dünyəvi qüvvələrlə insan bacarığı, qabiliyyəti fərqli olsa da, onu yaşam idealına çevirmək yüzlərlə dövr tələb etsə də, hələ də inkişaf davam edir. Arzular, xəyallar, tələblər, eytiyaclar bitmir.
Hamının narazı qaldığı isə fərqli yaşamdır.
Bu, ilahi qanundur. İnsanları öyrətimdir, yoxsa fərqli insanların yaşayış təlimidir?
Əsrlər boyu bunlara cavab tapılmayıb. Əsrlər boyu bunlara cavab tapılmayıb.
Fərqli inamlar fərqli həyat yaşadır. Fərqli həyat dövrlərinin sonu isə eynidir. Əbədiyyatın varlığına inananlar bu həyatı tez tərk edənlərə həsəd aparmalıdırlar. Yaşam günahların sayını artırır, nə qədər ideal, məsum yaşamağa çalışsaq da…
Mənim fikrimcə, hər birimiz verilən ömrümüz boyu nə isə yaratmağa çalışmalıyıq. Bu dünyada yaşamaq üçün yaradılanların hər birinin bir təməl daşı olmalıdır. Əbədi dünyada layiqli yerimizi tutmaq üçün yaradılan hər kəs nə isə yaratmalıdır. Bunun üçün öyrəntilərdən qaçmaq olmaz.
Bacardıqlarımıza qane olub oturmaq yox, onu artırmaq lazımdır. Ağıl, beyin, ürək, mənəvi, fiziki güc, uzaqgörənlik, öyrətimlik, biliyin tətbiqi, bütün imkanların hansısa yaradışa sərf olunması, kiminsə bir ehtiyacının ödənilməsində hansısa rolunun olması yaşayış təməlinin əsaslarıdır.
Heç vaxt bunları yaddan çıxartmamalıyıq. Nə kefimiz yaxşı olduqda, nə də ehtiyac içində olanda.
Tək özümüz üçün yaranmışıq. Bu dünyaya gəlişimiz və nə isə yaratmaq üçündür. İnsan, ev, sərvət, kamillik, kübarlıq, savad, inam, hörmət, ədalət və sairə. Bunları həm qazanmaq, yaratmaq, həm də paylaşmalıyıq…Əsl yaranış o zamandır.
Bunun üçün lazım olan mübarizə qəlbinə hakim kəsilmək, səbrini, inamını qorumaq, əziyyətdən qaçmamaq, doğrunu görmək tələb edir.
Hər birimizə bu mübarizədə qalib çıxmağı arzu edirəm. Mən ideal yaranışın reallaşacağı günə inanıram.

Sənubər Səhər