Ukraynanın Xarkov vilayətində həlak olan hərbçilərin xatirəsinə keçirilən illik marafon zamanı Rusiya Silahlı Qüvvələrinin raket hücumu nəticəsində üç iştirakçı həyatını itirib.
Hadisə şənbə günü səhər Berestinski rayonunun Natalino kəndində baş verib.
Məlumata görə, Rusiya qüvvələri marafonun keçirildiyi əraziyə “İsgəndər” raketi ilə zərbə endirib.
Hücum nəticəsində üç nəfər ölüb.
Hadisə ilə bağlı Xarkov vilayəti prokurorluğu araşdırmaya başlayıb. Təşkilatçıların tədbir zamanı iştirakçıların təhlükəsizliyini lazımi səviyyədə təmin edib-etmədiyi də araşdırılır. Prokurorluq mümkün səhlənkarlıq faktını da nəzərdən keçirir.



