Ukrayna ordusu Xarkovda 14 yaşayış məntəqəsini geri aldı

Ukrayna hərbçiləri Xarkov vilayətinin şimalında son üç həftə ərzində genişmiqyaslı əməliyyat həyata keçirib.

UNİAN-ın məlumatına görə, “Ayı tələsi” adlandırılan əməliyyat nəticəsində Ukrayna ordusu 14 yaşayış məntəqəsi və ümumilikdə 204 kvadratkilometr ərazi üzərində nəzarəti bərpa edib.

Bildirilir ki, əməliyyatın məqsədi Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin böyük bir qrupunu mühasirəyə almaq planını pozmaq olub.