Xamenei ABŞ və İsraillə bağlı region ölkələrinə XƏBƏRDARLIQ ETDİ

İranın Ali Rəhbəri Müctəba Xamenei “Vəhdət həftəsi” münasibətilə Fars körfəzi ölkələrinə müraciət edib.

Xamenei onları əsl düşməni müəyyənləşdirməyə və onların hiyləgər planlarına uymamağa çağırıb.

“İslam və onun ardıcılları çətin və qızğın mərhələlərdən keçərək, bir çox sarsıntıları geridə qoyub taleyüklü və həlledici bir mərhələyə çatıblar”, – deyə Xameneinin müraciətində bildirilib.

O vurğulayıb ki, ABŞ və İsrailin timsalında olan düşmən “İslam ümmətini parçalamağa” çalışır.

Xameneinin sözlərinə görə, həqiqətin yalan üzərində yekun qələbəsinin perspektivləri hazırda heç vaxt olmadığı qədər yaxındır