Vətənin yenilməz əsgəri

0
242

Bu gün Qəbələ rayon Nohurqışlaq kənd şəhidi Niftaliyev Novruz Eldeniz oğlunun birinci il anım mərasimi keçirildi.

Anım mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, idarə və təşkilatların rəhbərləri,kənd icra, bələdiyyə nümayəndələri, Qəbələ şəhid ailələri, Ağdaş şəhid ailələri, qazilər, məktəb müəllimleri,kənd sakinləri, axundlar,uzaqdan gələn qonaqlar iştirak etdilər.

Əvvəlcə şəhidin məzarı üzərinə gül dəstələri qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Şəhidin atası, anası çıxış edərək bu gün onların yanında olduqlarına görə gələnlərə öz təşəkkürlərini bildirmişlər.

Novruz Niftaliyev 9 ayın əsgəri idi. O idmançı olmuşdur. Onun indiyə kimi, qazandığı medalları , fəxri diplomları ev muzeyinin bəzəyi olmuşdur.

Allah rəhmət eləsin şəhidlərimizə

Təranə Alməmmədova

Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzi Sabitlik və İnkişaf Mərkəzinin Qəbələ rayon nümayəndəliyinin sədri